Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Fələstin Alimlər Şurasının sədri Şeyx Nəmr Əhməd Zəğmut “Qadimun Dünya Təşkilatına” ünvanladığı xüsusi bəyanatında Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi altında cihad və müqavimət yolunun davam etdirilməsini təkidlə vurğulayıb. O, bəyanatında vilayətə olan əhdini yeniləyərək, şəhidlərin qanı ilə çəkilən yolun davamında möhkəm qalacaqlarını bildirib.
Qadimun Dünya Təşkilatı tərəfindən tərcümə olunan mesajın mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
إِنَّمَا وَلِیُّکُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُوا الَّذِینَ یُقِیمُونَ الصَّلَاةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ
Sizin dostunuz yalnız Allah, onun peyğəmbəri və rükuda olduqları halda zəkat verən kəslərdir. Maidə surəsi 5-ci ayə
Bir rəhbər dünyadan gedəndə, digər bir rəhbər ayağa qalxaraq qiyam edər. Necə ki, saleh bir bəndənin ardınca digər saleh bir bəndə gəlir. Haqq karvanı bu şəkildə davam edir və qırılmır. İslam ümmətində, əmanəti çiyinlərində daşıyan və öz əhdinə sadiq qalan kişilər olduqca bu yol davam edəcəkdir. Onlar cihad və müqavimət yolunda çətinliklər nə qədər böyük olsa beləb möhkəm dayanacaqlar.
Özünü alçaltmağa razı olan və zilləti qəbul edən qorxaq xalqlar tarix yaratmır. Tarixi yalnız izzət və şərəfin təkcə Allah, onun peyğəmbəri və möminlərə məxsus olduğuna iman gətirmiş olan şəxslər yaradır. Öz yolunu tanıyan ümmət, böyük təzyiqlərə məruz qalsa da heç vaxt məğlub olmaz. Məhz məğlubiyyətlərin hökm sürdüyü dövrlərdə izzət səhifələrini yazan belə rəhbərlər sırasında yer almış şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyəti parlaq şəkildə önə çıxmışdır. O, İslam İnqilabının əmanətini son dərəcə sədaqət və mətinliklə öz çiyinlərində daşımışdır. O, hər kəsin zülmə susduğu bir vaxta haqqın uca fəryadı, eləcə də məğlubiyyət və təslim olmanın hökm sürdüyü bir dövrdə isə zülmə qarşı mübarizə aparan bir şəxsiyyət idi.
Ayətullah Seyid Əli Xamenei ümmətin məsələləri qarşısında yalnız hesablamalarla deyil, sadiq inancı ilə mövqe tutmuş və zəiflərin müdafiəsində duran bir şəxsiyyət idi. O, İsalm ümmətin əsas məsələsi olan Fələstin məsələsinin ön cəbhəsində dayanmışdı. Bu məsələ onun ruhunda, sözündə, hədəf və mövqelərində daim mövcud olmuşdur. Fələstin onun üçün sadəcə bir şüar deyil, əksinə onun qorunması vacib olan bir əmanət və azadlıq təmin olunana, eləcə də torpaq sahiblərinə qaytarılana qədər sağalmayan böyük bir dərd idi.
Ayətullah Seyid Əli Xamenei ilk andan etibarən bəyan edirdi ki, işğal və hakimiyyətlə münaqişə yalnız sərhədlər uğrunda deyil, həm də şərəf və varlıq uğrunda olmalıdır. Fələstindən əl çəkən ümmət əslində öz ruh, mənlik və kimliyindən əl çəkmiş hesab olur. Buna görə də o, müqavimət cəbhəsinin yanında dayanaraq silah qaldırıb torpaq və şərəfini müdafiə edən bütün azadlıqsevər insanlara dəstək olmuşdur. Ayətullah Xamenei həmişə buyurardı ki, azadlıq yolu düşəmən təslim olmaqla açılmır, yalnız səbr, cihad və möhkəm dayanmaqla təmin olunur.
Həmçinin o dahi şəxsiyyətin mövqeyi dünya imperialist və zalım güclərin müsəlman xalqlarını itaət altına almaq, sərvətlərini talamaq və iradələrini qırmaq istəyərkən sabit və dəyişməz olmuşdur. O, bütün gücü ilə dünya imperializmi, ABŞ və yer üzündəki zülmkarlar qarşısında dayanmış, İsrail vasitəsilə həyata keçirilən sionist işğal layihəsini ifşa etmiş və vurğulamışdır ki, bu hakimiyyət yalnız zülm, təcavüz və xalqların hüquqlarının əlindən alınması üzərində qurulub.
Bu mövqe keçici və siyasi danışıq deyil, dəyişməz bir prinsipdir. Zülm qarşısında alçalmaq və hər yerdə zəiflərin yanında dayanmaq onun əsas mövqeyi olmuşdur. Onun səsi ümmətin haqqını müdafiə etmək üçün həmişə ucalıb və zülmə qarşı müqavimət göstərməyə, eləcə də birlik və ümmətin gələcəyini hədəf alan zalım hakimiyyət layihələrinə qarşı durmağa çağırırdı.
Ümmətin imperializmə qarşı mübarizəsi sadəcə bir şərait və ya müəyyən dövr müharibəsi deyil, iradə, şərəf və varlıq uğrunda mübarizədir. Buna görə də o, həmişə vurğulayırdı ki, azadlıq yolu hüquqlardan imtina ilə ələ gəlmir, eləcə də zülmkarların istəklərinə boyun əyməklə təmin olunmur. Bu yalnız səbr, möhkəm iradə və ümmətin şərəfini və müstəqilliyini qoruyan qanun çərçivəsində əldə edilir.
Buradan başlayaraq, dünya imperializmi və sionist layihə qarşısında mübarizə azad insanların şüurunda dərin və köklü bir prinsip halına gəlmişdir. Çünki çətinliklərin artmış olmasına baxmayaraq, zülmə qarşı dayanan və təslim olmağı rədd edən ümmət, gələcəyini qura bilən və şərəfini qoruyan ümmətdir.
Ali Məqamlı Rəhbər öz müdrik və uzaqgörənliyi sayəsində anlayıb ki, ümmətin mübarizəsi yalnız sərhədlər uğrunda deyil, həm də fikir, iradə və kimlik uğrunda mübarizədir. Buna görə də o dahi şəxsiyyət müqavimət ruhiyyəsini xalqın iradəsində möhkəmləndirmiş və bütün hərəkatlara dəstək vermişdir ki, zülmə boyun əyməklə deyil, şərəf yolunu seçən insanlar bu ruhu azad olan insanların qəlbində köklü bir prinsipə çevirsinlər.
Mücahidlərin qanları bahasına canlarını verdikləri bu mübarək yol bu gün də davam etdikcə, yenədə əmanət pozulmur və bayraq yerə düşmür. Çünki inqilab məktəbi boşluq və tənhalıq tanımır, eləcə də böyük rəhbərlər yetişdirən bu ümmət, onların ardınca da öz içindən böyük şəxsiyyətlər çıxarmaq gücünə malikdir.
Cihad, elm və fikir meydanlarında formalaşdırılmış məktəbdən həzrət Ayətullah Seyid Müctəba Xamenei (Allah onu qorusun) seçilir. O, bu yolda böyüyüb, eləcə də onun dəyər və prinsipləri ilə tərbiyə olunubdur. Ayətullah Seyid Müctəba Xamenei ümmətin şərəf, izzət və müstəqilliyini qorumağı hədəfləyən rəhbərlik və inqilabçı ruhun mirasını daşıyır.
Ümmətin hal hazırda imtahan olunaraq keçməkdə olan mərhələsi, tarixinin ən təhlükəli mərhələlərindən biridir. Burada layihələr ümmətin kimliyini silmək, birliyini parçalamaq və iradəsini isə məhv etmək məqsədi ilə qurulubdur. Lakin müqavimət yolunu tanıyan ümmət, məğlubiyyət dövrünə qayıtmayacaq, eləcə də şücaətli insanlar hakimiyyətin hökmranlığına boyun əyməyəcəklər.
Biz inanırıq ki, layiqli rəhbərlərin göstərdiyi yol şərəf və izzət yoludur. İslam və müsəlmanlara yardım, imkansızların yanında dayanmaq, eləcə də zülm və zorakılığa qarşı durmaq yoludur. Bu yol, azadlıq çağırışı ilə başlamış, ümmətin yerini millətlər arasında bərpa edənədək, həmçinin ədalət təmin olunana qədər dayanmaz bir yol olaraq davam edəcəkdir.
Bu baxış bucağında biz əhdimizi bir daha müqavimət yolunda yeniləyərək vurğulayırıq ki, ümmətin dünya imperializmi qarşısındakı mübarizəsi ABŞ və yer üzərindəki zülmkarların, eləcə də İsrailin uğrunda aparılan mübarizədir. Bu mübarizədə geri çəkilməyə və təslim olmağa yer yoxdur. Çünki azadlıq yolunda şəhid olmuş insanların tökülən qanları bu ümmətə məğlub olmaq və ya geri dönmək imkanı verməyəcəkdir.
Biz inanırıq ki, azad insanların daşıdığı cihad bayrağı həmişə yüksəkliklərdə dalğalanacaq və müqavimət ruhiyyəsi ilə böyüyən nəsillər çətinliklər olsa belə, bu yolu davam etdirəcək. Müqavimət yalnız hərbi fəaliyyət deyil, eyni zamanda bir xalqın ruhu, həmçinin bir ümmətin iradəsinin ifadəsidir.
Biz, Ayətullah Seyid Müctəba Xamenei (Allah onu qorusun) ilə əhd bağlayırıq. Möminlər öz imamları olan Əli ibn Əbu Talib (ə) ilə haqq yolunda dayanmaq və ədaləti bərqərar etmək üçün bağladığladıqları əhd kimi bizdə zəmanənin imam və rəhbəri olan Seyid Müctəba Xamenei ilə əhd bağlayırıq. Biz Məhəmməd Peyğəmbərin (s) qoyduğu bu yola sadiqik, onun üzərində möhkəm dayanmışıq və sağ olduğumuz müddətdə ondan dönməyəcəyik.
Beləliklə, biz tam açıq-aydın və qətiyyətlə bəyan edirik ki, azad insanların seçdiyi bu yolda addımlayırıq. İslamı müdafiə etmək və müsəlmanlara yardım etmək yolu, o cümlədən ümmətin ədalətli məsələlərinin yanında dayanmaq yolu, həmçinin başda Fələstin məsələsi olmaq şərtiylə zülm və imperializmə qarşı mübarizə yolu xalqlarımız üçün azadlıq və şərəfin təmin olunmasına qədər davam edəcəkdir.
Biz bu mövqedə vilayət və layiqli rəhbərlərin daşıdığı yola olan əhdimizi yeniləyirik, eləcə də həzrət Ayətullah Seyid Müctəba Xamenei (Allah onuqorusun) ilə olan əhdimizi bəyan edirik. Əhdimiz haqq yolunda itaət etmək, müqavimət və cihad yolunda möhkəm dayanmaq, eləcə də mücahidlərin fədakarlıqları və şəhidlərin qanı ilə düzəlmiş yolu davam etdirmək üzərindədir.
Bu əhdimiz sadiqlik və məsuliyyət üzərində qurulmuş, eləcə də səbr və möhkəmlik əhdidir. Bu əhd zalım qarşısında baş əyməyən və zalım hakimiyyəti qəbul etməyən bir ümmət tərəfindən bağlanır. İnşallah, Allahın zəiflərə yardım vədi həyata keçsin və haqq bayrağı hər torpaqda o cümlədən azad insanların məskunlaşdığı yerdə ucaldılıb dalğalansın.
Allah möminlərin vəlisidir.
Ümmətimizə izzət, xalqımıza isə zəfər arzu edirəm. İlk və son hökm verən yalnız Allahdır.
Livan və xaricdə yaşayan Fələstin xalqının İslam partiyasının sədri Şeyx Dr. Məhəmməd Nəmr Əhməd Zəğmut
Rəyiniz